skip to Main Content
Retikulyar Varikoz

Retikulyar varikoz

Retikulyar varikoz günümüzdə yayğın problemlərdən biridir. Bir çox insanlar aşağı ətraf varikoz genişlənmiş damar xəstəliyi problemi haqqında məlumatlıdırlar. Bu xəstəliyə malik olan damarlar böyük və zərif olur, həmçinin dəri səthində görünürlər. Lakin az sayda insan retikulyar varikozun nə olduğunu bilir.

Retikulyar varikoz nədir?

Bu xəstəlik dərialtı kiçik kapillyarların genişlənməsindən ibarətdir. Bu halda varikoz xəstəliyindən fərqli olaraq, retikulyar varikozun fəsadlarının riski minimaldır. Qadınlarda daha tez-tez retikulyar varikoz meydana gəlir. Bunun yaranmasına səbəb olan bir sıra amillər vardır. Bunlara hamiləlik, doğuş və başqaları daxildir. Ayağın dərisində görünən retikulyar damarlar nazik, mavi rəngli kapilyarlardır. Aşağı ətraf varikoz genişlənmiş damarlar xəstəliyinə xas olan şikayətlərə malik pasiyentlərdən fərqli olaraq, retikulyar varikoz damarları olan pasiyentlər üçün bu kimi şikayətlər narahatedici deyildir. Axşam saatlarında pasiyentdə ağrı, ağırlıq və yorğunluq kimi şikayətlər olmur. Əslində, retikulyar varikoz tibbi xəstəlik deyildir, sadəcə kosmetik bir problem hesab edilir. Bu vəziyyətdə belə bir sual yaranır:

kapilyar torlar

Retikulyar varikoz damarlarını müalicə etməyə dəyərmi?

Bu əhəmiyyətli bir kosmetik qüsur olduğu üçün bir çox insanlar səthi damarların təzahürlərini aradan qaldırmaq məqsədilə həkim-fleboloqa müraciət etmiş olurlar. Bu günə artıq retikulyar varikoz damar problemlərindən bir neçə ay müddətinə qurtulmağa imkan verən bir üsul vardır. Bu üsul “Skleroterapiya” adlanır. Bir neçə Skleroterapiya seansının köməyi ilə ayaqlarınıza sağlam bir görünüş verə bilərsiniz.

Bu xəstəlik hansı fəsadlar yarada bilər?

Qeyd edək ki, retikulyar varikoz yaranarsa, gələcəkdə aşağı ətrafların varikoz xəstəliyi inkişaf edə bilər. Xüsusilə, genişlənmiş damar xəstəliyinə təkrar hamiləlik planlayan qadınlarda və genetik meyilli olan insanlarda daha çox diqqət yetirmək lazımdır. Əslində, bu problem kiçik damarların və kapillyar divarının incəlməsindən meydana gəlir. Xəstəliyin risk faktorları böyük damarların damar divarının dəyişikliklərinə də səbəb ola bilər. Bu dəyişikliklər nəticəsində aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişafı mümkündür. Buna görə də, retikulyar varikozu olan insanlar damar genişlənməsinin qarşısının alınmasında daha çox diqqət yetirməlidirlər. Bu tədbirlərə pis vərdişlərdən (alkoqol və siqaret) imtina etmək, aktiv həyat tərzi keçirmək, profilaktik sıxılma trikotajlarından istifadə etmək və həkim-fleboloqa vaxtında müraciət etmək daxildir.

Back To Top