skip to Main Content
Tromboflebit – Ayaqlarda Varikoz Damarların Ağırlaşması

Tromboflebit – ayaqlarda varikoz damarların ağırlaşması

Tromboflebit varikozun fəsadlarından biridir. Bilmək lazımdır ki, ayaqların varikoz xəstəliyi xroniki bir xəstəlikdir. Varikoz damarlar müalicə olunmadıqda çox ciddi ağır fəsadlar yarana bilir. Varikozun fəsadları aşağıdakılardır:

  • Ayaqların şişməsi;
  • Trofiki yaraların əmələ gəlməsi;
  • Zədələnmə olduqda, varikoz damarlardan qanaxma;
  • Tromboflebit;
  • Dərin damarların trombozu.

Bu fəsadlardan biri olan tromboflebit haqqında daha ətraflı məlumat alaq. Tromboflebit ayaqların səthi venalarının divarının iltihabı fonunda yaranan trombozdur. Ən çox rast gəlinən tromb böyük, səthi damarda meydana gəlir. Lakin mənfi şəraitlərdə dərin damarlara da daxil ola bilər. Ayaqda dərin damar trombozu təhlükəlidir və PE-ni (Pulmoner emboliya) təhrik edə bilər.

Tromboflebitin inkişafına bir sıra amillər səbəb olur:

  • Qan laxtalanma sistemindəki pozuntular. Hiperkoaqulabilitasiyadan əziyyət çəkən insanlarda bu xəstəliyin rast gəlməsinə daha çox ehtimal olunur.
  • Damar divarının mexaniki zədələnməsi qan axınının sürətinin azalmasına səbəb ola bilər ki, bu da trombun yaranması üçün əlverişli şərait yaradır.
  • Ətrafdakı toxumalarda infeksiya olduqda tromboflebitin inkişafı üçün şərait yarana bilər.
  • Bədəndə qanın laxtalanması və mikrosirkulyasiyanın pozulması tromboflebitin yaranması üçün səbəb ola bilər.

Tromboflebit zamanı hansı əlamətlər görünür?

Tromboflebitin simptomları onun forması ilə bağlıdır. Onu xroniki və kəskin tromboflebit olmaqla iki yerə ayırmaq olar. Kəskin forma təsirlənmiş ayaqda güclü, şiddətli ağrı ilə xarakteri olunur, bu zamanı dəri hərarətinin lokal artımı və qızartı əmələ gələ bilər. Ağrı elə bir kəskin formada ola bilər ki, pasiyent özü yeriyə bilməz. Bu vəziyyət təcili olaraq tibbi yardım tələb edir.

Müayinə olunan vaxtı həkim-fleboloq palpasiya zamanı ağrılı və elastik damarı təyin edir. İnstrumental diaqnostika üsulu Rəngli Doppler hesab olunur. Tromboflebitin xroniki forması daha az şiddətli simptomlarla keçir, ancaq xroniki tromboflebitin dərin damar trombozuna gətirib çıxarması və buna görə də ağciyər arteriyasının emboliyasının inkişafı üçün daha yüksək riskə sahibdir.

Back To Top