skip to Main Content
Yay Aylarında Aşağı ətrafların Sağlamlığına Necə Diqqət Edilməlidir?

Yay aylarında aşağı ətrafların sağlamlığına necə diqqət edilməlidir?

Yay dövründə insanların çoxu isti hava və dəniz ilə təmasda olurlar. Ancaq təəssüf ki, yay ayları aşağı ətrafların varikoz genişlənmiş damar xəstəliyi olan insanlar üçün xəstəliyin əlamətlərinin ağırlaşmasına səbəb ola bilər. İsti hava ayaqlarda damarların genişlənməsinə səbəb ola bilir ki, bəs bunun səbəbi nədir?

Yay ayları və varikoz xəstəliyi

Bu təsir ultrabənövşəyi şüaların damar divarına mənfi təsir göstərməsi ilə bağlıdır. Ultrabənövşəyi şüaların dəriyə təsiri nəticəsində damarların elastikliyi azalır. Buna görə də, aşağı ətrafların varikoz genişlənmiş damarlarından əziyyət çəkən insanlar günəş vannası qəbul edərkən diqqətli olmalıdırlar. Bu tövsiyə yalnız günəş vannası qəbulu üçün olmayıb, həm də solyarimun qəbul edilməsinə də aiddir. Lakin, belə bir halda, varikoz damarları olan insanlar üçün günəş şüası qəbul etmək qəti qadağan deyildir. İsti mövsümün yalnız müsbət keyfiyyətlərini qəbul etmək üçün həkimlərin məsləhətinə qulaq asmaq lazımdır.

Fəsadların qarşısını almaq üçün nə etmək olar?

Ayaqlarda varikoz damarların inkişafının qarşısını almaq üçün müəyyən vaxtlarda günəş vannası qəbul etmək olar. Günəş yanığından qorunmaq üçün ən təhlükəsiz dövr saat 11-ə qədər və 17-dən sonra olan müddətdir. Bu müddətdə günəş şüası qəbul etmək, yalnız varikoz genişlənmiş damarları inkişaf etdirməməklə yanaşı, istilik və günəş yanığı riskini də azaltmış ola bilir.

Hətta təhlükəsiz müddətlərdə günəş şüası qəbul edərkən, günəş kremindən istifadə etməyi unutmaq olmaz. Kremlər və losyonların SPF 30-dan az olmaması arzu edilir. Günəş qoruyucuları ultrabənövşəyi şüaların damar divarına olan mənfi təsirini azalda bilər. Lakin qeyd edilməlidir ki, ultrabənövşəyi şüaların təsiri yayda varikoz damarların əlamətlərinin şiddətlənməsinin yeganə səbəbi deyildir. Havanın yüksək tempetaruru də ayaq damarlarının genişlənməsinə kömək edir. Bu, insanın sağlamlıq vəziyyətinin ağırlaşmasına gətirib çıxara bilər. Bədəni və xüsusilə aşağı ətrafları istinin təsirlərindən qorumaq üçün tez-tez kontrast duş almaq məsləhət görülür. Soyuq və isti suyun alternativ olması damar divarına xeyli təsir göstərir.

Yayda varikoz xəstəliyini müalicə etmək olarmı?

Bədəninizə istirahət vacibdir. Əgər günəşlənmədən sonra, varikoz genişlənmiş damarların əlamətləri (şişkinlik, yorğunluq, ayaqlarda ağrı və ağırlıq) davam edərsə, dərhal həkim-fleboloqla əlaqə saxlanılmalıdır. Bu vəziyyətdə günəşlənmədən imtina etmək yaxşıdır. Yayılmış fikirlərə baxmayaraq, aşağı ətrafların varikoz genişlənmiş damarlarının müalicəsi ilin istənilən vaxtında həyata keçirilə bilər.

Back To Top