skip to Main Content
Məzuniyyət Vaxtı Ayaqların Sağlamlığına Necə Qayğı Göstərilməlidir?

Məzuniyyət vaxtı ayaqların sağlamlığına necə qayğı göstərilməlidir?

Hər kəs məzuniyyətini ideal şəkildə müxtəlif yollarla təsəvvür edir. Kimisi çimərlikdə günəşli havada günəş şüası qəbul etmək istəyir. Kimin üçün isə ən yaxşı məzuniyyət dalğıc və ya xizək idmanı ilə məşğul olmaqdır. Və hər iki halda sağlamlığımızı da unutmamaq önəmlidir. Aşağı ətrafların varikoz genişlənmiş damarlar xəstəliyinin inkişafının qarşısını almaq üçün məzuniyyətə əvvəlcədən hazır olmaq lazımdır. Planlaşdırılan tətil dənizin yaxınlığında, çimərlikdə keçiriləcəksə, günəş kremlərindən və losyonlardan istifadə edilməsi vacib sayılır. Onlar dəri yanmasından və ultrabənövşəyi şüaların mənfi təsirlərindən qorunmağa kömək edir. Ayaqlarda varikoz damar xəstəliyi olduğu halda, yaxşı olar ki, məzuniyyətdən əvvəl müalicə aparılsın. Bu halda məzuniyyət vaxtınız gözəl və sağlam ayaqlarla narahatçılıq olmadan keçəcəkdir.

Varikozun müalicəsi necə aparıla bilər?

Əgər pasiyenti yalnız kosmetik problemlər (kapilyar torlar və damar “ulduzcuqları” şəklində) narahat edirsə, həkim-fleboloq “Skleroterapiya” proseduru tövsiyyə edə bilər. “Skleroterapiya” prosedurunu planlaşdırılan məzuniyyətdən 2 və ya 3 ay əvvəl yerinə yetirmək məsləhət görülür. Bu müddət ərzində Skleroterapiya olunan kapilyarlar və kiçik damarlar aşağı ətraflarda heç bir iz buraxmadan yox olacaqdır.

Daha inkişaf etmiş halda, varikoz xəstəliyinin simptomları (ayaqlarda ağırlıq və yorğunluq) olarsa, həkim-fleboloq müalicə kimi minimal invaziv prosedurları – Endovasal Lazer Ablasiyası, Miniflebektomiyanı və başqalarını təyin edəcəkdir. Bu əməliyyatlardan bir müddət sonra sıxılma trikotajından istifadə etmək məsləhət görülür. Bu baxımdan, varikoz xəstəliyinin müalicəsinə planlaşdırılan məzuniyyətdən bir qədər əvvəl başlanılması tövsiyə olunur.

здоровье ног во время отпуска

Varikozun profilaktikası

Məzuniyyət zamanı gəzinti və idmanla məşğul olarkən düzgün ayaqqabı seçilməlidir. Ayaqqabılar dar və hündür dabanlı olmamalıdırlar. Düzgün seçilmiş ayaqqabı aşağı ətrafların varikoz genişlənmiş damarlarının inkişafının qarşısını alan üsullardan biridir. Tətildə ayaqların sağlamlığını qorumaq üçün ilk öncə genişlənmiş damarların qarşısını almaq lazımdır. Spirtli içkilərdən imtina etmək də məsləhət görülür. Həmçinin, qidalanma zamanı duz qəbulunu azaltmaq da tövsiyə edilir. Duz qəbulu bədəndə maye yığılması və şişkinliyin meydana gəlməsinə səbəb olur. Yuxarıda göstərilən bütün tövsiyələrə əməl edilərsə, aşağı ətrafların varikoz genişlənmiş damarlarının problemi məzuniyyətinizi poza bilməz.

Back To Top