skip to Main Content
Ayaqların Varikoz Damarlarının Təsnifatı

Ayaqların varikoz damarlarının təsnifatı

Varikoz damarlarının təsnifatı zamanı hal-hazırda bütün dünyada CEAP-an istifadə olunur.

Varikoz damarların təsnifatı üzrə klinik təzahürlərə görə altı mərhələ vardır:

  • C0 mərhələsi – pasiyentin ayaqlarının sürətli yorulması şikayətləri ilə xarakterizə olunur, amma eyni zamanda müayinə vaxtı varikoz damarlarının görünən əlamətləri olmur.

  • C1 mərhələsi – teleangioektaziyalar şəklində varikoz damarlarının ilk təzahürləri ilə xarakterizə olunur – damar “ulduzcuqları”, həmçinin gecə vaxtı əzələlərdə spazma ilə əlaqədar pasiyentin şikayətləri olur.

  • C2 mərhələsi varikoz genişlənilmiş, böyük dərialtı damarların görünüşü ilə xarakterizə olunur, dəri səthinə doğru uzanır. Günortadan sonra pasiyentin yorğunluq, şişkinlik şikayətləri artır.

  • C3 mərhələsi ayaqların açıq şişkinliyinin təzahürü ilə xarakterizə olunur. Bu vəziyyətdə, ağrı və ayaqlarda ağırlıq şikayətləri yüksək olur. Hətta ayaqları üfüqi vəziyyətdə yuxarı qaldırdıqda belə ağırlıq və ağrı hissi keçmir.

  • C4 mərhələsi – ayaqlarda qanın qatılaşması səbəbiylə trofiki xəstəliklərin təzahürləri ilə xarakterizə olunur. Trofik dəyişikliklər dərinin rəngində dəyişiklik ilə ifadə edilir (daha çox qara rəngdə olur, xüsusilə ayaq və topuq nahiyələrində piqment ləkələrinin meydana gəlməsi mümkündür).

  • C5 mərhələsi – müalicə etmək olduqca çətin olan trofik yaraların formalaşması ilə xarakterizə olunur.

  • C6 mərhələsi açıq və böyük trofik yaraların görünüşü ilə xarakterizə olunur, bu yaralar ən çox ayaqlarda topuq nahiyələrindədirlər.

varikoz damar genişlənməsi

Qapaq çatışmazlığı üçün varikoz damarlarının təsnifatı dörd dərəcədə olur:

  • GRADE I dərəcəsi – az reflyuks (geri qan axını) ilə verilir. Bu vəziyyətdə, varikoz venalarının klinik görünüşləri olmadıqda belə profilaktik tədbirlər görülməlidir.

  • GRADE II dərəcəsi – yüksək reflyuks ilə verilir. Adətən varikoz damarlarında qapaq çatışmazlığı üçün müalicə kimi antivarikoz corab, dərman müalicəsi və bəzi hallarda Exoskleroterapiya istifadə edilir.

  • GRADE III və IV dərəcə – daha yüksək qan axını ilə təsvir edilir və ayaq damarlarının qapaq aparatının çatışmazlığını göstərir. III və IV dərəcələrdə damarlara Lazer Ablasiya üsulu ilə cərrahi müdaxilə göstərilir.

Beləliklə, ilk şikayətlərin göründüyü zaman həkim-fleboloq tərəfindən tam müayinədən keçmək və lazım olduqda ayaqların varikoz damarlarının müalicəsinə başlamaq lazımdır.

Back To Top