skip to Main Content
Varikoz Damarların Müayinəsi

Varikoz damarların müayinəsi

Varikoz damarların müayinəsi hansı üsullarla aparılır? Aşağı ətrafların varikoz genişlənmiş damarlarının simptomları olduqda, bir çox insanlar hansı həkimə müraciət etməli olduqlarını düşünürlər. Simptomlar müşahidə olunduqda, həkim-fleboloqa müraciət edərək varikoz genişlənmiş damarların müalicəsinə vaxtında başlanması tövsiyyə edilir. Beləliklə, bununla da bir çox ciddi çətinliklərdən xilas olmaq olar. Həkim-fleboloqlar pasiyentdə damar sistemi xəstəliklərinin müalicəsi ilə məşğul olurlar. Məsləhətləşmə zamanı həkim pasiyentin tam və ətraflı tibbi tarixini toplayır. Əsasən, həkim-fleboloq pasiyentin şikayətlərinin xüsusiyyətləri və ortaya çıxma səbəbi ilə maraqlanır. Bildiyiniz kimi, ətraflı anamnez düzgün diaqnoz qoya bilmənin əsas yoludur. Anamnezi topladıqdan sonra həkim-fleboloq müayinəyə başlayır.

Aşağı ətrafların varikoz genişlənmiş damarlar xəstəliyi olan pasiyentin müayinəsi çox vaxt tələb etmir. Xəstəliyin ilkin mərhələlərində dərinin səthində damar şəbəkələri aşkar edilə bilinir. Xəstəlik inkişaf etmiş mərhələdədirsə, ayaqların üzərindəki mavi rəngli düyünləri və genişlənmiş damarları görmək olar. Bəzi hallarda müayinə edildikdə, həkim-fleboloq varikoz genişlənmiş damarların fəsadı olan trofik yaraları da təyin edə bilər. Pasieyntin dayanıqlı vəziyyətində patoloji damarların olması ilə əlaqədar palpasiya edilir. Palpasiya vasitəsilə həkim-fleboloq ayaqlarda şişkinliyinin olub-olmamasını müəyyən edir.

обследования при варикозе

Varikoz damarların müayinəsi zamanı müasir metodlar

Doğru bir diaqnoz üçün instrumental tədqiqat metodu – Rəngli  Doppler istifadə olunur. Qeyd edək ki, bu metod pasiyent üçün qeyri-invaziv və tamamilə ağrısızdır. Rəngli Doppler ultrasəsinin köməyi ilə damarların qapaq aparatının işləməsindəki qüsurların aşkar edilməsi və damarın diametrini ölçmək mümkündür. Rəngli Dopplerin tətbiqi ilə birlikdə artıq aşağı ətrafların varikoz damarların diaqnozunun qoyulması daha da asanlaşmışdır. Rəngli Doppler varikoz genişlənmiş damarların tədqiqinin müasir və əlverişli bir metodudur.

Qan analizi

Yuxarıdakı əlamətlərin mövcudluğu fonunda genişlənmiş damarları olan bir pasiyentin müayinəsində növbəti addım qan testidir. Qan xəstəliklərini müəyyən etmək üçün ümumi qan testi aparılmalıdır. Mütəxəssislərin fikrincə, qan sisteminin patoloji varlığı ilə varikoz genişlənmiş damarlarının ağırlaşması daha çox olur. Məsələn, artmış qan qatılığı ilə tromboflebitin və dərin damar trombozunun yaranma riski daha yüksəkdir. Həmçinin qanın laxtalanma faktorlarının sayının azalmasını da xəstəliyə nümunə kimi göstərmək olar. Belə qan xəstəlikləri aşağı ətrafların varikoz xəstəliyi ilə birlikdə çox ciddi nəticələrə səbəb ola bilər.

Back To Top