skip to Main Content
Varikozun Evdə Müalicəsi

Varikozun evdə müalicəsi

Varikoz elə bir xəstəlikdir ki, venoz divarlarında və qapaq aparatında bərpa olunmayan dəyişikliklər ilə əlaqələndirilir. Venoz divarının əzələ liflərinin elastikliyini və həmçinin klapanların əvvəlki vəziyyətini qaytarmaq, təəssüf ki, mümkün deyil. Bu baxımdan, varikoz xəstəliyindən xilas olmaq üçün ev şəraitində müalicə məsləhət görülmür.

Varikozun evdə müalicəsi mümkündürmü?

Özünü yaxşı hiss etməni artırmaq üçün, ağrını və ayaqların şişməsini azaltmaq səbəbiylə ev üsulları kimi müxtəlif dərman, gel və məlhəmlərdən istifadə etmək olar. Lakin unutmaq olmaz ki, varikozun evdə müalicəsi zamanı özbaşına dəri üzərinə və daxilinə istifadə edilən hər hansı bir dərmanın əks göstərişləri və yan təsirləri vardır. Buna görə də mütləq olaraq varikoz damarların müalicəsi üçün dərmanlardan istifadə etməzdən əvvəl, mütəxəssis həkim-fleboloqa müraciət etmək gərəkdir.

Venotoniklərin yan təsirlərinə aşağıdakılar daxildir:

  • Allergik reaksiyaları əks etdirən dərman komponentləri;
  • Mədə-bağırsaq traktında qusma və digər simptomlar;
  • Baş ağrısı və başgicəllənmə.

İstifadə edilən məlhəmlərin də mənfi cəhətləri vardır. Dəri üzərində nekrotik dəyişikliklər olanda məlhəmlərdən istifadə qadağandır.

Həmçinin qeyri-ənənəvi, lakin tez-tez varikoz damarlarının müalicə üsullarınında istifadə edilən üsullara hirudoterapiya da daxildir.

hirudoterapiya varikozun zəlilərlə müalicəsi

Hirudoterapiya necə işləyir və bu müalicə metodunu əsas metod kimi istifadə etmək mümkündürmü?

Hirudoterapiya zəlilərin köməyi ilə müalicə deməkdir. Tibbi zəlilər qanın durulması ilə əlaqədar seanslarla ağrılı nahiyələrə yerləşdirilir. Zəlilər özlərindən xüsusi ferment hirudin ifraz edir. Hirudin qanın qatılıq qabiliyyətinə, yəni onun qatılığının azalmasına kömək edir. Bu səbəbdən də ayaqlarda qan dövranı yaxşılaşır. Lakin bilmək lazımdır ki, hirudoterapiya damar divarına təsir etmədiyi üçün varikoz genişlənmiş damarları müalicə etmir. Hirudoterapiya varikoz genişlənmiş damarların müalicəsində köməkçi metod kimi istifadə olunur və vəziyyətin müvəqqəti yüngülləşdirilməsinə xidmət edir. Hirudoterapiya proseduru yalnız xüsusi təlim keçmiş həkim tərəfindən həyata keçirilməlidir. Prosedur bir sıra əks göstərişlərə və fəsadlara malikdir. Buna görə də həkim nəzarəti olmadan müalicə etmək tövsiyə edilmir.

Back To Top