skip to Main Content
Ayaqlardakı Varikoz Damarların Müalicəsi

Ayaqlardakı varikoz damarların müalicəsi

Varikoz damarların müalicəsi vaxtında və doğru taktika ilə müalicə edilə bilər. Vəziyyətin ağırlaşmaması üçün həkim-fleboloqa müraciət edilməlidir. Həkim-fleboloq müayinəsindən keçmək profilaktik məqsədlə mütəmadi olaraq lazımdır. Onun köməyi ilə seçilən müalicə varikoz damar problemindən qurtulmağa kömək edəcəkdir. Fleboloqlar xəstəliyin inkişaf səviyyəsini və tədqiqatlarla alınan məlumatlara əsasən ayaqların varikoz damarları üçün ən uyğun müalicəni təyin etməkdədirlər.

Varikoz damarların müalicəsi üçün üç əsas yanaşma var.

Birincisi – konservativ müalicədir. Bu müalicəyə sağlam həyat tərzini saxlamaq, idman etmək və pis vərdişlərdən imtina etmək kimi tövsiyyələr daxildir. Ayrıca konservativ müalicəyə dərman vasitəsi və sıxılma trikotajı da daxildir. Dərman müalicəsi damar divarını gücləndirə və damar keçiriciliyinin artmasına səbəb ola bilir. Beləliklə də damarda qan axınını yaxşılaşır. Dərman terapiyası və antivarikoz corab varikoz damarların simptomlarının şiddətini azaldır, lakin onlar xəstəliyin özünü müalicə edə bilməzlər. Bu dərmanlar və sıxılma trikotajları damar divarının elastikliyini və qapaq aparatının işini bərpa edə bilməməsi ilə bağlıdır. Konservativ müalicə taktikasına varikoz damarlarının cərrahi müalicəsinə hazırlıq dövründə müraciət edilir. Həmçinin xəstəliyin inkişafını azaltmaq və əməliyyat müdaxiləsinin aparılmasının qeyri-mümkün olduğu hallarında (əksinə olduqda) fəsadların riskini azaldır.

İkinci müalicə taktikasına Skleroterapiya və Exoskleroterapiya kimi minimal invaziv prosedurlar daxildir. Bu müalicə üsulları varikoz damarların inkişafının ilkin mərhələlərində (dərin damarlardan səthi damarlara reflyuks yoxdur) istifadə olunur. Reflyuksun (əks qan axını) olması ilə bu prosedurların effektivliyi kəskin azalır. Skleroterapiya və Exoskleroterapiya müalicələri varikozların cərrahi müdaxilələr ilə birlikdə də icra oluna bilər.

varikoz vena

Müalicənin üçüncü taktikası cərrahi müdaxilələrdir. Bunlara Endovasal Lazer Ablasiyası, Miniflebektomiya, Radio Ablasiyası və Kompleks Flebektomiya daxildir. Bu günə qədər operativ müdaxilələr varikoz damarlarla mübarizənin ən təsirli müalicə üsullarıdırlar. Bütün bu cərrahi prosedurların hamısı qan dövranı sistemindən patoloji olaraq varikoz genişlənmiş damarları aradan qaldırmaq üçün həyata keçirilir. Həkim-fleboloq varikoz genişlənmiş damarların inkişaf səviyyəsinə görə hər bir pasiyent üçün fərdi olaraq müalicə taktikasını seçə bilir.

Back To Top