skip to Main Content
Trofiki Yaralar

Trofiki yaralar

Trofiki yaralar aşağı ətrafların varikoz genişlənmiş damarlarının fəsadlarından biridir. Yaxşı ki trofik yaralar nisbətən nadir hallarda əmələ gəlir. Bu hal, varikoz  damarları olan pasiyentlərin 15%-ini təşkil edir. Trofik yaralar dərhal yaranmır, lakin bir neçə il ərzində formalaşır. Yaşlı insanlarda daha tez-tez bu kimi yaralar meydana gəlir. Trofik yaraların əmələ gəlməsi xroniki damar çatışmazlığı ilə əlaqələndirilir.

Trofiki yaralar nədən əmələ gəlir?

Varikoz genişlənmiş damarlarda aşağı ətrafların qan dövranı pozulur. Nəticədə, qanın trofik funksiyası pozulur, yəni hüceyrələr və toxumlar kifayət qədər qida və oksigen qəbul edə bilmirlər. Bir müddət sonra oksigen çatışmazlığı səbəbiylə toxumalarda dəyişikliklər əmələ gəlir. Trofik yaralar adlanan dəri qüsurları meydana çıxır. Normal yaralardan fərqli olaraq, bu yaralar uzun müddət sağalmır və müalicə etmək çox çətindir. Oxşar dəri dəyişiklikləri şəkər xəstəliyində də baş verir. Bir şəxsdə aşağı ətrafların varikoz genişlənmiş damarları və həmçinin də şəkər xəstəliyi olarsa, bu, vəziyyəti daha da çətinləşdirə bilər. Digər ağırlaşdıran amil trofik yaralara infeksiyanın qoşulmasıdır.

Daha tez-tez trofik yaralar aşağı ətrafların topuq nahiyəsində meydana gəlir, lakin buna digər nahiyələrdə də rast gəlinə bilər. Ümumiyyətlə, trofik yaralar kiçik ölçülüdür, lakin dairəvi formada böyük ölçülü də ola bilərlər.

venoz xoralar

Venoz xoralar necə müalicə olunur?

Trofiki yaralar müstəqil bir xəstəlik olmasa da, lakin aşağı ətrafların varikoz damarlarının fəsadıdır, müalicə olunduğu zaman ilk iş əsas xəstəliyin müalicəsinə istiqamətlənməkdir. Trofik yaraların müalicəsində  antiseptik gellər və antibakterial məlhəmlərdən istifadə edilir. Dərinin regenerativ funksiyasının yaxşılaşdırılması üçün də vasitələr təyin olunur. Yalnız trofik yaralar müalicə edilərsə, bu, yalnız müvəqqəti bir nəticə yaratmış olacaqdır. Trofik yara bir müddət sonra təkrarlanır. Buna görə də əsas məqsəd aşağı ətrafların varikoz genişlənmiş damarlarının müalicəsini həyata keçirməkdir. Burada minimal invaziv prosedurlara (Endovasal Lazer Ablasiyası, Radiofrekans Ablasiyası və s.) üstünlük verilir. Minimal invaziv prosedurlar infeksiya riskini azaldır. Bu müalicə üsulları sayəsində patoloji olaraq genişlənmiş damarlar damar sistemindən çıxarılır. Bu, varikoz genişlənmiş damarların müalicəsində cərrahi üsullarla trofik yaraların meydana gəlməsinin səbəbini aradan qaldırmaq deməkdir. Belə ki, Endovasal Lazer Ablasiyası və ya varikoz damarların (həkim-fleboloqun təklifi ilə) müalicə üsulu ilə trofik yaraların müalicəsi mümkündür.

Back To Top