skip to Main Content
Artıq çəki Və Aşağı ətrafların Varikoz Damarları

Artıq çəki və aşağı ətrafların varikoz damarları

Aşağı ətrafda damarların genişlənməsinin inkişafına bir sıra amillər səbəb ola bilər. Onlardan biri bədənin artıq çəkisidir. Artıq çəki problemi olan insanlar üçün müalicəni seçərkən, həkim-fleboloqlar varikoz damarlarından xilas olmaq üçün müasir, ən yeni üsullardan istifadə edirlər. Bu zaman bədən çəkisi çox olan pasiyentə çəki azaltmaq və qida pəhrizi saxlamaq məsləhət görülür.

Aşağı ətrafların varikoz damarları üçün nə faydalıdır?

Aşağı ətrafların varikoz damarları ilə müalicədə pəhriz saxlamaq lazımdır. Pəhrizdə mütləq tərəvəzdən istifadə edilməlidir. Burada tərəvəzlərdən hər hansı biri ola bilər. Onlar normal həyat üçün vacib olan bir çox vitamin və mikroelementlərdən ibarətdirlər. Bunlar damar divarının tonusunu saxlamaq üçün zəruri komponentlər hesab olunurlar. Üstəlik, tərəvəzlərdə liflər vardır ki, bu liflər mədə-bağırsaq traktından həzm olunmayanlardır. Liflər bədənin təmizlənməsinə, həmçinin artıq çəki şikayəti olan pasiyentin çəkisinin azalmasına kömək edir.

Varikoz damarlar üçün meyvə yeməyin əhəmiyyəti varmı?

Bəli, əlbəttədə varikoz damarlarından əziyyət çəkən adamın pəhrizdə meyvə və giləmeyvə yeyilməsi məsləhət görülür. Tərəvəz kimi meyvələr mikroelementlər və vitaminlərdən ibarətdir. Xüsusilə çox miqdarda C vitamini olan meyvələrə diqqət yetirmək lazımdır. Vitamin C damar divarını gücləndirməyə kömək edir. Bu vitamin daha çox sitrus meyvələrində (apelsin, limon və s.) vardır.

Varikoz damarları olan insanlar üçün ət yeməklərinin əhəmiyyəti varmı?

Xeyr, ətin pəhrizdən çıxarılmaması tövsiyə edilmir. Amma ət yeməklərinin hazırlanmasının yollarına diqqət yetirmək lazımdır. Belə ki, qızardılmış və yağlı ət yeməklərini qaynadılmış və ya bişmiş yeməklərlə əvəz etmək yaxşıdır. Beləliklə, dana, hind toyuğu, toyuq və s. kimi ət növlərinə üstünlük verilməlidir. Bu növ yalnız faydalı deyil, həm də çəki azaltmağa kömək edir.

Varikoz xəstəliyindən əziyyət çəkən insanlar üçün hansı balıq daha yaxşıdır?

Balığın da ət kimi az yağlı növlərini seçmək arzu edilir və buxar və ya sobada bişirilməsi məsləhət görülür. Mümkün olduqda, pəhrizə digər dəniz məhsulları da daxildir.

Varikoz damarları olan insanlar üçün hansı yağ yaxşıdır?

Aşağı ətraf varikoz damarları olan insanlar üçün zeytun yağı idealdır. Onda olan E vitamini damar tonusuna müsbət təsir göstərir. Zeytun yağı tərəvəz salatlarını (mayonezə alternativ olaraq) bəzəmək üçün idealdır. Kərə yağından istifadə etməkdən (xeyli miqdarda xolesterol daxilində olduğu üçün) imtina etmək yaxşıdır. Bu qənnadı məhsullarının istifadəsini məhdudlaşdırmaq lazımdır. Bu, bədən çəkisini azaltmaq üçün məsləhət görülür. Həmçinin duzlu və ədviyyatlı yeməklərin də məhdudlaşdırılması tövsiyə edilir.

Back To Top