skip to Main Content
Aşağı ətrafların Varikoz Damarlarının ən Erkən Simptomları

Aşağı ətrafların varikoz damarlarının ən erkən simptomları

Günün sonunda ayaqlarda şişkinlik, ağırlıq və yorğunluq kimi şikayətlər hiss olunduqda, aşağı ətrafların varikoz genişlənmiş damarlarından şübhələnilə bilər. Lakin bu simptomlar bir çox xəstəliklər üçün də xarakterik sayılır. Məsələn, ayaqlarda şişkinlik ürək çatışmazlığı və böyrəyin bir çox xəstəliklərinin, habelə limfatik sistem xəstəliklərinin əlaməti sayıla bilər. Varikoz genişlənmiş damarlardakı şişkinliyi digər xəstəliklərdən fərqləndirmək üçün varikoz damarların müəyyən xüsusiyyətlərini nəzərə almaq lazımdır.

Ayaq şişkinliyi və varikozun əlamətləri

Aşağı ətrafların varikoz genişlənmiş damarları günortadan sonra şişkinlik görünüşü ilə xarakterizə olunur. Şişkinlik bir ayaqda və ya hər iki ayaqda lokallaşa bilər. Genişlənmiş damarların şişkinliyi tez-tez dizdən aşağı və xüsusilə topuq nahiyəsində əmələ gəlir. Müayinə zamanı, həmçinin, varikoz damarların digər simptomlarını da (dəri səthində görünən göyərmə) təyin etmək lazımdır.

Самые первые симптомы варикозного расширения вен

Ayaqlarda yorğunluq və ağırlıq adətən varikoz genişlənmiş damarların simptomları kimi qəbul edilir. Amma insanlar ayaqlarında axşam saatlarında baş verən yorğunluq və ağırlıq hissini iş gününün sonunda normal bir hal kimi qəbul edirlər. Əslində isə bu əhəmiyyətli simptomlar varikozun ilk göstəriciləridir və varikoz damarların inkişafından bəhs edir. Varikoz genişlənmiş damarlar istisna olmaqla, ayaqlarda yorğunluq və ağırlıq əzələ-skelet sisteminin müxtəlif xəstəliklərində, eləcə də limfa çıxmasının pozulmasında da müşahidə edilə bilər. Varikoz genişlənmiş damarlarda bu simptomlar arasındakı əsas fərq, üfüqi vəziyyətdə şişkinlik və yorğunluğun əhəmiyyətli dərəcədə azalmasıdır.

Varikozun əlamətləri mövcud olduğu zamanı hansı həkimə müraciət edilməlidir?

Varikoz genişlənmiş damarların simptomları ilə birlikdə ayaqların dərisində kapillyar torlar müşahidə olunarsa, həkim-fleboloqa müraciət edilməsi vacib görülür. Həkim-fleboloq xüsusi instrumental metod olan Rəngli Doppler ilə müayinə aparır. Bu müayinə metodu varikoz damarların simptomlarını digər xəstəliklərdən fərqləndirməyə imkan verən əsas müayinə üsulu sayılır. Buna görə də, həkimə müraciət nə qədər tez edilərsə, ayaqlarda şişkinlik və ağırlıq daha tez müəyyən olunacaq və buna əsasən müalicə təyin olunacaqdır.

Back To Top